
Türkiyədə son 24 saat ərzində 214 957 nəfərin COVID-19 testi yoxlanıb.
Gununsesi.info xəbər verir ki, ölkədə günlük yoluxma sayı 5012 nəfər təşkil edib.
53 nəfər isə koronavirus səbəbindən vəfat edib.
Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 202 251 nəfərə çatdığı bildirilib. Onlardan 4194 nəfəri son sutka ərzində sağalanlardır.
Hazırda ölkə xəstəxanalarında 952 nəfər ağır COVID xəstəsi müalicə alır.
Gununsesi.info