
Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində qeydə alınıb.
Belə ki, Göytəpə şəhər sakini, 1991-ci il təvəllüdlü Əkbərov Cavid Cahangir oğlu yaşadığı evinin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.
Hələlik intiharın baş vermə səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.