“Qarabağın işğaldan azad edilməsinə görə təbii ki, Rəsulzadənin ruhu da şaddır…” - Rəsulzadənin nəvəsi

Xəbər verdiyimiz kimi bu gün 28 May istiqlılıdır, Respublika Günüdür. 1918-ci ilin bu günü əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demorkatik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Gununsesi.info xəbər verir ki, Moderator.az-a açıqlamasında M.Ə.Rəsulzadənin nəvəsi Rais Rəsulzadə Azərbaycan xalqını təbrik edib:
“Bu gün Qarabağın işğaldan azad edilməsinə görə təbii ki, Rəsulzadənin ruhu da şaddır. Mən bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu gün bizim üçün ikiqat bayramdır. Çünki 44 günlük Vətən müharibəsində zəfər çaldıq. Ən gözəl arzularımı xalqımıza çatdırıram və təbrik edirəm. Sizlər də çox sağ olun ki, Rəsulzadəni həmişə xatırlayırsınız”.
Gununsesi.info