Türkiyədə bələdiyyə işi ilə bağlı 300-dən çox şübhəli saxlanılıb

İstanbul Bələdiyyəsi işçilərinə qarşı başlanmış istintaq çərçivəsində 323 şübhəli saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Naziri Əli Yerlikaya sosial şəbəkə X-də məlumat yayıb.

“Bu axşam İstanbul bələdiyyəsi ilə bağlı aparılan əməliyyatlar zamanı 323 şübhəli saxlanılıb. Cəmiyyətin qayda-qanununu pozan hər hansı bir təşəbbüsə icazə verilməyəcək”, – deyə o yazıb.

Şəbnəm

Gununsesi.info