Salyanda maşın piyadanı vurub öldürdü

  • By Günel
  • 22 Mart 2025 08:32

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə köhnə Ələt – Astara avtomobil yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Qardili kənd sakini 1984-cü il təvəllüdlü Nuriyev soyadlı şəxsi yolu keçən zaman avtomobil vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info