Türkiyədə 99 yaşlı qadın koronavirusdan sağaldı

Türkiyədə 99 yaşlı qadın koronavirusdan sağaldı

Türkiyənin Ərzincan şəhərində 99 yaşlı qadın COVID-19 pandemiyasından şəfa tapıb.

Gununsesi.org bildirir ki, “İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, qadının müalicəsi Ərzincan Tədris və Araşdırma Xəstəxanasında aparılıb.

Yaşlı pasiyent həkimlərin alqış sədaları altında evinə yola salınıb.  

Qeyd edək ki, son rəqəmlərə əsasən, Türkiyədə 112 261 min şəxsin koronavirus testi müsbət çıxıb. 2 900 nəfər pandemiyanın qurbanı olub.

Gununsesi.org

COMMENTS