
Türkiyənin Azərbaycandakı səfirliyi bu gün Binəqədi rayonunda baş verən və insan tələfatı ilə nəticələnən partlayışla bağlı paylaşım edib.
Gununsesi.info xəbər verir ki, səfirlik Azərbaycana keçmiş olsun diləklərini çatdırıb.
“Binəqədi rayonunda mebel/boya sexində partlayış baş verməsi bizi kədərləndirdi. Partlayış nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik. Qardaş Azərbaycana keçmiş olsun diləklərimizi çatdırırıq”.
Gununsesi.info