Hacıqabul-Horadiz yolunda ağır qəza olub

  • By ilhame
  • 15 Yanvar 2024 21:01

Bu gün saat 20 radələrində Hacıqabul-Horadiz yolunun 6-cı kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in Mətbuat Xidmətindən Gununsesi.info-ya bildirilib ki, Sabirabad rayon sakini, sürücü Davud Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobilin idarəetməsini itirməsi nəticəsində aşırıb.

 

Nəticədə o hadisə yerinə həyatını itirib. Araşdırma aparılır.

Gununsesi.info