“Türkiyə PUA istehsalında aparıcı mövqeyə sahibdir” – Hulusi Akar

  • By arzu
  • 03 Fevral 2021 14:35

“Almaniya ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyacı olan müxtəlif silah sistemləri, ləvazimat və ehtiyat hissələri məsələsində çox sıx əməkdaşlığımız var”.

 

Gununsesi.org-un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, qarşıdakı vaxtlarda bu çərçivədə müsbət irəliləyişlər gözlənilir.

Nazir qeyd edib ki, Türkiyə PUA istehsalında aparıcı mövqeyə malikdir.

“PUA-lar da daxil olmaqla, bir çox məsələdə əməkdaşlığımızı davam etdirə bilərik”, – deyə türkiyəli nazir vurğulayıb.

Gununsesi.org