Qırğızıstanın yeni Baş naziri təyin edildi

  • By arzu
  • 03 Fevral 2021 17:25

Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Ulugbek Maripovun respublikanın yeni Baş naziri təyin edilməsi barədə fərman imzalayıb.

 

Gununsesi.org xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat xidməti məlumat verib.

“Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Qırğızıstan Respublikası Konstitusiyasının 84-cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq Ulugbek Asamidinovich Maripov-un Qırğızıstan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında bir fərman imzalayıb”,- deyə məlumatda qeyd olunub. Bildirilib ki, Japarov həmçinin hökumət üzvlərinin təyin edilməsi ilə də bağlı fərman imzalayıb.

 

Qeyd edək ki, Qırğızıstan parlamenti bu gün səhər Maripovun Baş nazir vəzifəsinə namizədliyini təsdiqləmişdi.

Gununsesi.org