
Yevlax rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Kövər kəndində ümumi sahəsi 180 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info