
Belarusun müdafiə və iqtisadi obyektlərinə diversiya hücumu planlaşdırılır.
Gununsesi.info xəbər verir ki, bu sözləri Belarus lideri Aleksandr Lukaşenko deyib.
O bildirib ki, xarici xüsusi xidmət orqanları və əlaltıları əmək kollektivlərinin vəziyyətini öyrənirlər, tətil hazırlayırlar:
“Sabotajlar müdafiə komplekslərində, iqtisadi və həyati əhəmiyyətli sahələrdə planlaşdırılır”.
Lekaşenko bununla bağlı Dövlət Təhlükəsizliyi Komitəsindən iş effektini artırmağı və agentura şəbəkəsini gücləndirməyi tələb edib.
Gununsesi.info