
Türkiyə Hərbi Hava Qüvvələrinin Kiyevdəki iki təyyarəsi tezliklə geri qaytarılacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
“Biz bu məsələni həm Rusiya, həm də Ukrayna ilə müzakirə edirik. Təyyarələr ilk fürsətdə geri qayıdacaq. Bunun yaxın günlərdə baş verə biləcəyini istisna etmirəm”, – nazir vurğulayıb.
Qeyd edək ki, Türkiyənin hərbi nəqliyyat təyyarələri fevralın 24-dən Kiyevin Borispol hava limanındadır.
Gununsesi.info