
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-də Tayvana və onun qanunverici orqanına səfər edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə Tayvan milli portalı məlumat yayıb.
Bildirilib ki, Pelosi adaya 20 nəfərlik nümayəndə heyətinin başında gələcək. O, Taypeyin Sonqşan hava limanına enəcək və gecəni “Grand Hyatt” otelində keçirəcək.
Ertəsi gün isə Pelosi Tayvan qanunverici orqanı ilə görüşəcək. O cümlədən administrasiyanın rəhbəri Tsay İnq-ven ilə danışıqlar aparacaq. ABŞ Konqresinin spikeri nümayəndə heyəti ilə birlikə həmin gün adanı tərk edəcək.
Asiya turnesi çərçivəsində Nensi Pelosi Yaponiya, Koreya, Malayziya və Sinqapura səfər etməyi planlaşdırırdı. ABŞ mediası onun Tayvana uça biləcəyini yazdıqdan sonra. Çin ABŞ-dan “odla oynamamağı” xahiş edib və Pelosi adaya gələrsə, sərt hərbi cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Təyyarənin ABŞ Nümayəndələr Palatasının sədri ilə birlikdə yola düşdüyü gün Çin Tayvan boğazında canlı atəş təliminə başlayıb. Buna cavab olaraq, Amerika təyyarədaşıyıcıları adanın sularına doğru istiqamət götürüb və oradan 800 kilometr aralıda dayanıb.
Çin Xarici İşlər Nazirliyi Pelosinin səfərinin baş tutacağı təqdirdə Pekinin güc tətbiq edəcəyi barədə bir daha xəbərdarlıq edib. Bu, ÇXR-in daxili siyasətinə müdaxilə kimi qiymətləndiriləcək, çünki Birləşmiş Ştatlar münaqişədə Tayvanın tərəfini fəal şəkildə dəstəkləyir, orada müntəzəm olaraq silah tədarük edir .
Gununsesi.info