“Qarabağ” Abdullah Zubirlə müqaviləni yeniləyəcək

“Qarabağ” Abdullah Zubirlə müqaviləni yeniləyəcək

“Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir karyerasını harada davam etdirəcəyini qətiləşdirib.

Gununsesi.org-un məlumatına görə, müqavilə müddəti iyunun sonuna qədər olan fransalı futbolçu Ağdam klubunda qalmaq qərarına gəlib.

“Qarabağ” rəhbərliyinin hazırkı şərtlərdə sözləşmə təklifini müsbət cavablandıran Zubir mövsüm başa çatdıqdan sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, Abdullah Zubir “Qarabağ”a 2018-ci ilin yayında “Lans”dan keçib.

 

Gununsesi.org

COMMENTS