
Türkiyənin “Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ” şirkəti Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün STM-MPAC hərbi katerinin layihəsini hazırladığını açıqlayıb.
Gununsesi.info xəbər verir ki, şirkət öz məhsulunu Bakıda keçirilən 4-cü Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2022) nümayiş etdirib.
Eyni zamanda, “STM500” kiçikölçülü sualtı qayıq, MİLGEM freqatı, TOGAN və KARGU kvadrokopterləri və ALPAGU kamikadze-PUA-sı daxildir.
STM-in baş direktoru Özgür Gülərüz Azərbaycanla sıx əməkdaşlıq etdiyini və STM-MPAC hərbi katerini Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün layihələndirdiklərini vurğulayıb:
“Kateri azərbaycanlı qardaşlarımızın ehtiyaclarına uyğun şəkildə hazırlamışıq. Qayıq tamamilə onların tələblərinə uyğun hazırlanıb”.
Gununsesi.info