Bakıda kütləvi dava: XƏSARƏT ALANLAR VAR

Bakıda azı 2 nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

Gununsesi.info-nun xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 1989-cu il təvəllüdlü Qeybətov Vasif Valeh oğlu və 1995-ci il təvəllüdlü Məmmədov İlqar Telman oğlu kütləvi dava zamanı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info