Azərbaycan Kubokunda ikinci yarımfinal oyunu: “Neftçi” Tovuz səfərində 

Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Gununsesi.info xəbər verir ki, ikinci matçda “Neftçi” “Turan Tovuz”un qonağı olacaq. Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlayacaq.

HTML tutorial

Cavab görüşü aprelin 26-da gerçəkləşəcək.

Qeyd edək ki, ilk yarımfinal matçında “Qəbələ” evdə “Səbail”i 3:2 hesabı ilə məğlub edib.

Azərbaycan Kuboku

Yarımfinal, ilk oyun

19 aprel

16:00. “Turan Tovuz” – “Neftçi”

Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Vüsal Məmmədov, Tural Qurbanov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Tovuz şəhər stadionu

Gununsesi.info