
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında final qarşılaşmasına çıxıb.
Gununsesi.info xəbər verir ki, 70 kq-da mübarizə aparan idmançı rusiyalı İsrail Kasumovla üz-üzə gəlib.
Rəqibinə 1:3 hesabı ilə məğlub olan Bayramov gümüş medalla kifayətlənib.
Gununsesi.info