Rusiya Qafqazda yeni diviziya yaratdı

Cənub Hərbi Dairəsində 2020-ci ildə daha bir motoatıcı diviziya yaradılıb.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

O, bunun döyüş heyətinin təkmilləşdirilməsi çərçivəsində görülən 54 təşkilati tədbirdən ən önəmlisi olduğunu bildirib.

Şoyqu, həmçinin 2020-ci ildə Cənub Hərbi Dairəsinin 3200 müasir texnika aldığını qeyd edib.

Nazirin sözlərinə görə, Cənub Hərbi Dairəsinin döyüş imkanlarının artırılması Yaxın Şərq və Cənubi Qafqazdakı qeyri-stabil vəziyyətlə bağlıdır.