
Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında şəhid ailələri ilə bağlı məsələni gündəmə gətirib.
Gununsesi.info xəbər verir ki, deputat ata anaları vəfat edən şəhidlərin bacı-qardaşlarının mənzillə təmin edilməsini təklif edib:
“Elə şəhidlərimiz var ki, ata-anaları rəhmətə gedib. Onların bacı- qardaşları var. Bacı- qardaşlar da onların himayəsində idi. Ancaq mənzil məsələsi, müavinətlər onlara şamil edilmir. Bu ailələrin sayı çox deyil. Onları nəzərə almaq lazımdır”.
Gununsesi.info