
Azərbaycanın tanınmış müxalifət liderlərindən biri Tofiq Yaqubluya ağır itki üz verib.
Gununsesi.info -nun xəbərinə görə, siyasətçinin Gürcüstanda yaşayan atası vəfat edib.
Hazırda üzərində şərti məhkumluğu olan Yaqublunun ölkədə çıxışına icazə verilib-verilməyəcəyi isə sual altındadır.
Xatırladaq ki, bir neçə il əvvəl onun anası vəfat edərkən də cəhdlərinə baхmayaraq, belə bir icazə ala bilməyib.
Məhkəmələr də Yaqublunun müraciətini rədd edib.
Günay
Gununsesi.info