
Gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün ayrılacaq vəsait açıqlanıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2023-cü il dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 30 531 015 manat vəsait ayrılması proqnozlaşdırılır.
Qrafiklə Azərbaycanda növbəti parlament və prezident seçkiləri 2025-ci ildə keçirilməlidir. O zaman bu vəsait hansı seçki üçün nəzərdə tutulub?
2024-cü ildə isə bələdiyyə seçkilərin in vaxtıdır.
Ancaq bu vəsaitin həcmi referendum, seçkilər üçün əvvəlki dövrlərdə ayrılmış xərclərin həcminə uyğun gəlir. Bir qayda olaraq ölkədə bu tədbirlər üçün 30-40 milyon manat arası vəsait ayrılır.
O zaman Azərbaycanda referndum və vaxtından əvvəl parlament seçkilərinin keçirilməsi barədə iddialar özünü doğrultmuş sayılır.
Mətləb
Gununsesi.info