Gürcüstanda 600-dən çox məhbus əfv edildi

  • By Günel
  • 20 Yanvar 2025 08:54

Gürcüstan Prezidenti Mixail Kavelaşvili 613 məhkumu əfv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Kavelaşvilinin sosial şəbəkə səhifəsində məlumat yayılıb.

Məlumata görə, əfv Vəftiz bayramı ilə əlaqədar baş tutub və humanizm prinsipinə əsaslanır:

“Gürcüstan Prezidenti Mixail Kavelaşvili Vəftiz bayramı ilə əlaqədar 613 məhkumu əfv edib. Gürcüstan Prezidentinin Konstitusiya ilə ona verilən müstəsna səlahiyyətlərdən istifadə etməsi humanizm və dövlət maraqları prinsipinə əsaslanır”.

Gununsesi.info