Tiktoker Ləman saxlanıldı

  • By ilhame
  • 16 Dekabr 2023 19:15

TikToker Ləman Vəliyeva saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Anar Qafarov Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirib ki, L.Vəliyeva sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşları tərəfindən saxlanılıb:

“Araşdırmaların nəticəsindən asılı olaraq onun hərəkətlərinə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, o, tez-tez TikTok-dakı paylaşımlarında qeyri-etik sözlərdən və söyüşlərdən istifadə edir.

Gununsesi.info