Bakıda qadın liftin qapısının arasında qalaraq ölübmüş

Bakıda qadının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

 

Gununsesi.info Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 26-sı Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalaraq aldığı xəsarətlər səbəbindən vəfat edib.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Xatırladaq ki, ötən gün FHN də paytaxtın Binəqədi rayonunda 1 nəfərin liftdə qalaraq ölməsi barədə məlumat yaymışdı.

 

 

Gununsesi.info