
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Sevgili vətənimiz üçün terrora və terrorçulara qarşı mübarizəni bütün gücümüzlə davam etdiririk! Qəhrəman Türk Silahlı Qüvvələrimiz, Şimalda “Pəncə-kilid” əməliyyatı bölgəsində aşkarladıqları 3 PKK terrorçusunu zərərsizləşdirib. Əməliyyatlarımız əzm və qətiyyətlə həyata keçirilir”-məlumatda deyilir.
Şəbnəm
Gununsesi.info