Rio-de-Janeyro metrosunda atışma – 25 NƏFƏR ÖLDÜ

  • By admin
  • 06 May 2021 21:19

Rio-de-Janeyro metrosunda polislə narkotacirlər arasında atışma baş verib.

Gununsesi.info  “RİA Novosti”yə istinadla xəbər verir ki, atışma zamanı 25 nəfər həlak olub.

Hadisə şəhərin şimal rayonu olan Jakarezinyuda baş verib.

Polis narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan dəstəyə qarşı xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsindən ölənlərin birinin polis əməkdaşı, digər 24 nəfərin isə dəstə üzvləri olduğu bildirlib.

Bununla yanaşı, iki polisin və iki nəfər metro sərnişininin yaralandığı qeyd edilib.

Gununsesi.info