
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinken Ukraynaya səfər edib.
Gununsesi.info yerli “Pravda” nəşrinə istinadla xəbər verir ki, diplomat Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.
Məlumatda qeyd edilib ki., Blinkenin səfərinin əsas məqsədi ABŞ-ın Ukraynaya dəstəyini nümayiş etdirməkdir.
Bildirilir ki, səfər çərçivəsində Kiyevə silah tədarükü də daxil olmaqla bir sıra məsələlər müzakirə ediləcək.
E.Blinken Ukrayna paytaxtın tək gəlməyib. Onu ötən həftə ABŞ Senatı tərəfindən Dövlət Katibinin Siyasi İşlər üzrə müavini vəzifəsinə təyin olunan Viktoriya Nuland müşayiət edəcək.
Gununsesi.info