Tehrandan cavab: Xamenei vəzifəsinin başındadır

“Ali Rəhbər Ayətullah Əli Xamenei sağdır”.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat İran mediasında yayılıb.

Məlumatda “Ali Rəhbər sahədə komandanlığı qətiyyətlə və möhkəm şəkildə davam etdirir” – deyə, əlavə edilib.

Bildirilib ki, məlumat İsrail rəsmisinin Reuters agentliyinə Xameneinin öldürüldüyünü və cəsədinin tapıldığını bildirməsindən sonra verilib. (Reuters)