Türk Hava Yolları 10 ölkəyə uçuşları ləğv edib

Türk Hava Yolları (THY) 10 ölkəyə uçuşları ləğv edib.

Gununsesi.info xəbər verir ki, bəzi ölkələrin hava məkanının bağlanması ilə əlaqədar olaraq Livan, Suriya, İraq, İran və İordaniyaya reyslər 2 mart 2026-cı il tarixinədək dayandırılıb.

“Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Oman istiqamətində isə 28 fevral 2026-cı il üçün planlaşdırılan reyslər ləğv edilib. Hava məkanındakı proseslər yaxından izlənilir və əlavə reys ləğvləri gündəmə gələ bilər”- deyə THY-nin məlumatında qeyd olunub.

Gununsesi.info