“Tarzan” rolunu oynamış aktyor xanımı ilə birgə faciəvi şəkildə həlak olub

ABŞ-dan olan aktyor, “Tarzan: macəraların tarixi” teleserialında baş rolu oynamış Cozef Lara ABŞ-ın Tennessi ştatında baş vermiş təyyarə qəzasında faciəvi şəkildə həlak olub.

Gununsesi.info xəbər verir ki, yerli “Tennessean” nəşri bu barədə xəbəri hökumət qurumlarına istinadən yayıb.

Qeyd olunur ki, “Cessna C501” təyyarəsinin Neşvill şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yeddi nəfər həyatını itirib.

Qəza nəticəsində həmçinin aktyorun həyat yoldaşı, məşhur diyetoloq Qven Şamblin də həlak olub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.