
ABŞ-ın yoluxucu xəstəliklər üzrə mütəxəssislərindən olan Peter Hotez COVID-19-un mənşəyini öyrənməyin lazım olduğunu, əks halda bəşəriyyətin gələcəkdə COVID-26 və COVID-32 ilə qarşılaşa biləcəyini söyləyib.
Gununsesi.info-nun xarici mətbuata istinadən məlumatına görə, alim üçüncü böyük koronavirs pandemiyası ilə bağlı gözlənilməz proqnozlar verib.
“Bu, 21-ci əsrdə (SARS və MERS-dən sonra) üçüncü böyük koronavirus epidemiyası və ya pandemiya ola bilər. Ana təbiət bizə nə olacağını söyləyir: COVID-19-un mənşəyini tam anlamadığımız təqdirdə COVID-26 və COVID-32 olacaq”, – alim qeyd edib.
P.Hotez virusun daha dərindən öyrənilməsi üçün virusoloqlar, epidemioloqlar və digər mütəxəssislərin epidemiyanın başladığı Çinin Uhan şəhərinə göndərilməsinin lazım olduğunu əlavə edib:
“Düşünürəm ki, Çinə güclü sanksiyalar daxil olmaqla, təzyiq göstərməliyik ki, oradakı tanınmış epidemioloqlar və virusoloqlar qrupu nümunələrə, laboratoriyalara maneəsiz daxil olmağa icazə versinlər”.
Gununsesi.info