
Bakıda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 100 m²) olan restoran kimi fəaliyyət göstərən üçmərtəbəli binanın birinci mərtəbəsində 1 ədəd məişət avadanlığı yanıb. Bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info