Tanzaniyada qızıl mədəni çöküb, 20-dən çox mədənçi ölüb

  • By ilhame
  • 13 Yanvar 2024 21:34

Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub.

 

Gununsesi.info-nun “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumətin nümayəndəsi Yahaya Navanda bildirib.

 

Onun sözlərinə görə, şaxta güclü yağış nəticəsində dağılıb: “Ölənlərlə yanaşı itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir”.

 

Qəza zamanı mədəndə olan şaxtaçıların dəqiq sayı məlum deyil.

 

Gununsesi.info