“Taliban” sakinləri güllələdi: Ölən və yaralılar var

Əfqanıstanın Nanqarxar vilayətində yerli sakinlər mitinq keçirib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə hakimiyyəti ələ keçirən “Taliban” hərəkatının üzvləri aksiya iştirakçılarına atəş açıb.

İnsident nəticəsində ölən və yaralananların olduğu bildirilir.

İlkin məlumat əsasən, atəşə məruz qalan iki etirazçı ölüb, 10-dan çox mülki sakin isə yaralanıb.