
Rusiyaya sanksiyalar baxımında edə biləcəyimizi etmişik.
Gununsesi.info xəbər verir ki, bunu AB-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrell deyib.
O bildirib ki, söhbət Rusiya valyutasının 40% ucuzlaşmasına səbəb olan kütləvi sanksiyalardan gedir:
“Bunlar Rusiya iqtisadiyyatına ağır iz qoyacaq çox ağır sanksiyalardır”.
Onun sözlərinə görə, artıq tətbiq edəcək sanksiya demək olar ki, qalmayıb.
Gununsesi.info