Təhsil naziri yanvarın 22-də brifinq keçirəcək

  • By turana
  • 18 Yanvar 2021 20:27

Yanvarın 22-də təhsil naziri Emin Əmrullayevin iştirakı ilə brifinq keçiriləcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, brifinqdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə dair normativ hüquqi baza nəzərə alınaraq tədris və təlim-tərbiyə prosesinin təşkili, buna uyğun olaraq vəziyyətin dəyərləndirilməsi məsələlərinə toxunulacaq.

Gununsesi.info