
Bu gün Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında baş verən qar uçqunu nəticəsində Dombay Dağ-Xizək və Snoubord Federasiyasının prezidenti Hacı Murad Marşankulov həlak olub.
Gununsesi.org oxu.az-a istinadla xəbər verir ki, xəbəri mərhumun övladı Şamil Marşankulov da təsdiqləyib.
“Bəli, ölən mənim atamdır, federasiya prezidentidir. Onu xilas etmək mümkün olmadı. İndi gözləyirəm, meyitini aşağı düşürəcəklər”, – deyə Ş.Marşankulov bildirib.
Ölkənin Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə nəticəsində 4-12 nəfər qarın altında qalıb.
“Dombay qəsəbəsindəki Mussa-Açitara dağında qar uçqunu baş verib. Hadisə nəticəsində dağ xizəyi yolu, iki xizək icarəsi obyekti və kafe qar altında qalıb. İlkin məlumatlara əsasən, adıçəkilən ərazilərdə 4-12 nəfər xidməti personal və xizək həvəskarı olub”, – deyə məlumatda bildirilir.