Təcili: Elçin Sadıqov azadlıqda

  • By admin
  • 17 Sentyabr 2022 14:45

Bakı Apellyasiya Məhkəməsi tanınmış vəkil Elçin Sadıqovun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb.

Gununsesi.info-nun məhkəmədə olan əməkdaşının xəbərinə görə, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən  məhkəmə iclasında vəsatət təmin edilib.

Vəkillərin vəsatəti dövlət ittihamçısı tərəfindən də müdafiə olunub.

Gununsesi.info