
Vəkil Şəhla Hümbətova DTX-nın İstintaq Təcridxanasında saxlanılan həmkarı Elçin Sadıqovla görüşüb.
Bu barədə Gununsesi.info-ya Şəhla Hümbətova bildirib.
Onun sözlərinə görə, Elçin Sadıqov kamerada tək saxlanılır: “Əhval -ruhiyyəsi yaxşıdır. Avropa Şurasının İnsan Haqları Komissiranın onunla bağlı bəyanatından xəbəri var. O, yerli və beynəlxalq ictimaiyyətdən ciddi dəstək gözləyir. Hər kəsə salam söylədi”.