Sumqayıtda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

  • By ilhame
  • 31 Dekabr 2023 10:43

Sumqayıt şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

 

Gununsesi.info xəbər verir ki, “Hyundai” markalı avtomobil yolu keçmək istəyən piyada 1972-ci il təvəllüdlü Mübariz Mehrəli oğlu Əliyevi vurub.

 

Zərərçəkmiş dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilsə də, o xəstəxanda keçinib.

 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info