Bakıda 10 min manatlıq oğurluq edənlər tutulub

  • By ilhame
  • 31 Dekabr 2023 11:32

Dekabrın 28-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən 10000 manat dəyərində tütün məmulatının oğulanması barədə polisə məlumat daxil olub.

 

Gununsesi.info xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu etməkdə şübhəli bilinən onlardan biri əvvəllər analoji cinayətə görə məhkum olunmuş 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

 

Gununsesi.info