
Cəlilabadda oğurluq etmiş şəxslər tutulub.
Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də “Cəlilabad Broyler” ASC-yə məxsus anbardan 50.000 manat dəyərində 50 ton yem oğurlamaqda şübhəli bilinən şəhər sakinləri E.İsmayıllı, V.İsmayıllı və R.Nuriyev saxlanılıblar.
Araşdırmalar davam etdirilir.
Gununsesi.info