Sumqayıtda 1000 abonentin qazı KƏSİLƏCƏK

Sumqayıt şəhərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən Gununsesi.info-ya bildirilib ki, şəhərin Yaşıl Dərə yaşayış massivində, 39 nömrəli marşrut xəttinin yaxınlığında yerləşən 57 millimetrlik qaz xəttində sızma aşkar edilib.

Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, ərazidəki 1000 abonentin qaz təchizatı dayandırılacaq.

 

Gununsesi.info