Sülhməramlıların daha 2 maşını aksiya ərazisindən keçdi

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Gununsesi.info xəbər verir ki, bu dəqiqələrdə Laçından Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus təminat və minik avtomobillərinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

HTML tutorial

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Gununsesi.info