Deputat yeni inşa olunan evlərin satışı ilə bağlı şərtlər təklif edir

Milli Məclisin deputatı Naqif Həmzəyev yeni inşa olunan yaşayış binalarında mənzil alan insanların üzləşdiyi problemlər və həmin binaların təhlükəsizliyi bağlı bir sıra məqamlara toxunub.

Gununsesi.info deputatın çıxışını təqdim edir :

HTML tutorial

“Vətəndaşlara mənzillərin satılması zamanı vahid müqavilənin tətbiq edilməsi təklif olunur. Müqavilə zamanı mütləq biz bina tikən sahibkarlara öhdəliklərin verilməsi ilə yanaşı, vətəndaşlar da müxtəlif öhdəliklər götürməlidir. Mənzillər tam təmirli olduqdan sonra vətəndaşlara satılmalıdır. Vətəndaşlar üzərində öhdəlik qoyulmalıdır ki, onlar binanın təhlükəli hala düşməməsi üçün evin içərisində hansısa dəyişikliklər etməsinlər.
Biz bacardığımız qədər çalışmalıyıq ki, vətəndaşlara hansısa bir şans verməyək ki, onlar özləri evi təmir etsinlər və təmir zamanı binanın dayanaqlığına xələl gətirə biləcək dəyişikliklərə yol versinlər.

Heç kəsə sirr deyil ki, binalar təmir olunan zamanı vətəndaşlar öz istəklərinə uyğun hansısa dirəkləri götürürlər,  ara divarları sökürlər və nəticə etibarilə bu binanın dözümlülüyünü azaldır. Hansısa fors major hadisələr baş verdikdə, zəlzələ olduqda və yaxud hansısa digər xoşagəlməz hallar zamanı bina asanlıqla dağılır və nəticə etibarilə həm binada yaşayan bütün sakinlərə, həm də binanı tikmiş sahibkara və ümumilikdə dövlətə çox böyük ziyan toxunur.

Bütün bunlarla yanaşı binaların sığortalanması zamanı çox təəssüflər olsun ki, sığorta şirkətlərindən biz lazım dəstəyi çox vaxt ala bilmirik. Dəymiş ziyanın tamamı ödənilmir. Bu baxımdan biz çox uğurlu bir sığorta paketi üzərində də çalışmalıyıq. Mənzillər vətəndaşlara satıldığı zaman artıq bu mənzillərin yeni paketlərə uyğun sığortalanması təmin edilməlidir ki, vətəndaşlar hansısa fors-major hadisələr zamanı əziyyət çəkmədən, dövlətə heç bir yük düşmədən, bu dəymiş ziyan aradan qaldırılsın. Qeyd edək ki, bu məsələlər çox ciddi məsələlərdir.

Türkiyədə baş vermiş sonuncu zəlzələ zamanı binaların dağılmasında ekspertlər əsas rəy kimi, binalarda vətəndaşların dəyişikliklərin edilməsi və hansısa dirəklərin icazə alınmadan sökülməsi, dəliklərin açılması, onların hansısa formaya salınmasını qeyd etmişlər.

Bu baxımdan da vətəndaşlara mənzillərin satılması zamanı vahid müqavilə forması tədbiq edildikdə, mütləq vətəndaşlara belə bir öhdəliyin qoyulması şərtdir.

Eyni zamanda sahibkarlar, mənzil tikən şirkətlər, MTK-lar da mənzilləri tam təmirli vəziyyətdə vətəndaşlara təhvil vermələri təmin edilməlidir.”

 

 

Gununsesi.info