Suitilərin ölümü ilə bağlı operativ qərargah yaradılacaq

Xəzər dənizinin Dağıstan sahillərində suitilərinin kütləvi ölümü ilə bağlı operativ qərargah yaradılacaq.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Nazirlər Kabinetinin Teleqram kanalında məlumat dərc olunub.

HTML tutorial

“Qərargahda “Rosprirodnadzor”, “Rosrıbolovstvo”, Xəzər Bioloji Resurslar İnstitutunun nümayəndələri, həmçinin bələdiyyələrin rəhbərləri və alimlər yer alacaqlar. Bununla bağlı sərəncam yaxın vaxtlarda imzalanmalıdır”, – məlumatda qeyd edilib.

Gununsesi.info