KTMT Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək

KTMT-nin sammitində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət ayrıca müzakirə olunacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a KTMT baş katibinin müavini Valeri Semerikov bildirib.

“Bu gün həmin mövzu nazirlər və dövlət başçıları səviyyəsində ayrıca məsələ kimi müzakirə olunacaq, gəlin, nəticələri gözləyək”, – Semerikov deyib.

Onun sözlərinə görə, bununla bağlı müəyyən hazırlıq işləri görülüb və nazirlər səviyyəsində açıqlama veriləcək.

Qeyd edək ki, bu gün İrəvanda KTMT-nin sammiti keçirlir. Ermənistan 2022-ci ilin yanvarından KTMT-nin sədridir, indi estafet Belarusa verilir.

Xatırladaq ki, struktura Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Gununsesi.info