“Avroviziya”nın Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsindən getdi

“Avroviziya” müsabiqəsinin Azərbaycan nümayəndə heyətinin rəhbəri İsa Məlikov bu vəzifədən getdiyini bildirib.

Gununsesi.info xəbər verir ki, o, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib.

HTML tutorial

“Bu layihə ilə bağlı mənim 2009-cu ildən başlayaraq yalnız ən xoş təəssüratlarım və xatirələrim var, amma artıq irəliyə doğru getməyin vaxtıdır. Artıq bir neçə il üzərində işlədiyim layihələrin reallaşmasına vaxt ayıracağam”, – paylaşımda qeyd olunub.

Gununsesi.info